İqor Dodon: Vəziyyətim normaldır, əzilmə yoxdur

A- A A+

Moldova prezidenti İqor Dodon yol qəzası zamanı ciddi xəsarət almadığını bəyan edib.

NUHÇIXAN-ın məlumatına görə, Moldovanın “Komsomolskoy pravdı” nəşrinə açıqlamasında İ.Dodon deyib: “Heç bir yara, zədə və əzilmə yoxdur. Vəziyyətim normaldır”.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub. Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: