Türkiyənin Qırmızı Aypara Cəmiyyəti tərəfindən Ukraynaya humanitar yardım göndərilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı cəmiyyətdən açıqlama verilib.
Açıqlamada bildirilib ki, Ukraynanın Qırmızı Xaç Təşkilatının Türkiyənin Qırmızı Aypara Cəmiyyətindən humanitar ehtiyacların qarşılanması üçün dəstək istəməsindən sonra 210 kvadratmetr ümumi təyinatlı çadırlar, ailələrin sığınması üçün təbii fəlakət çadırları, çarpayılar, yorğanlar, uşaq yorğanları və yataq tulumlarından ibarət üç TIR-dan ibarət yardım vasitələri artıq hazırdır və bu gün yola düşməsi nəzərdə tutulur.
Cəmiyyətin sədri Kerem Kınık özünün sosial media hesabı vasitəsilə etdiyi paylaşımda konvoyun artıq Ukraynaya doğru hərəkət etdiyini bildirib.