Ukraynadakı Türkiyə vətəndaşlarının təxliyə prosesi başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Hazırda 540 Türkiyə vətəndaşının təxliyəsinə başlanıldığını açıqlayan nazir Çavuşoğlu indiyədək təxliyə üçün təxminən 2500 nəfərin müraciət etdiyini bildirib.
Vətəndaşların yol ehtiyaclarını qarşılamaq üçün Qızıl Aypara və AFAD ilə danışdıqlarını söyləyən nazir başda Azərbaycan olmaqla yeddi ölkədən vətəndaşlarının təxliyəsi üçün müraciətlərin daxil olduğunu, bu müraciətlərə müsbət cavab verildiyini də deyib.
Türkiyənin Kiyevdəki səfirliyi isə artıq 90 nəfərin iki avtobusla Vətənə yola salındığı ilə bağlı açıqlama verib.