Kiyevdə vəziyyət Ukrayna güc strukturlarının tam nəzarəti altındadır.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti ofisinin müşaviri Mixaylo Podolyak şənbə günü “Rada” telekanalının efirində deyib.
“Ukraynanın güc strukturları Kiyevdə vəziyyətə 100 faiz nəzarət edirlər. Bugünkü gecə göstərdi ki, Rusiya Federasiyasının heç bir şansı yoxdur və olmayacağı dəqiqdir”, - deyə Podolyak bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması şərtlərini Kiyev diktə edəcək. Bu barədə TASS agentliyi məlumat yayıb. Agentlik Mixaylo Podolyakın bu sözlərini sitat gətirib: “İstənilən müharibə danışıqlar prosesi ilə yekunlaşır. Lakin mən düşünürəm ki, bu danışıqlar prosesində mövqe başqa cür olacaq. Bu, Ukraynanın diktə edəcəyi mövqe olacaq. O, şərt qoyacaq ki, bundan sonra Ukraynada, o cümlədən Donetsk və Luqansk vilayətlərində nə baş verəcək”.