Rusiya-Ukrayna müharibəsinin simvolu: “Putinə təslim olmaqdansa, ölmək yaxşıdır” - Dünya ondan danışır
Rusiya-Ukrayna müharibəsinin hər anını dünya ictimaiyyəti diqqətlə izləyir. Bölgədən dünyaya təkcə partlayış və atışma səsləri yayılmır, həm də müharibə dəhşətlərinin miqyasını ortaya qoyan çoxlu fotolar təqdim edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukraynadan çəkilən görüntülərdən biri müharibənin simvoluna çevrilib.
Fotoda 52 yaşlı müəllim Oleno Kurilo təsvir olunub.
Olena Kurilo Ukraynanın şərqindəki Çuqiv şəhərində baş verən partlayış zamanı yaralanan 20 nəfərdən biridir.
Onun şəkli iki gündür dünya qəzetlərinin manşetlərində yer alır.
Üzü qan içində, başında sarğı olan müəllimin fotosu Ukraynada baş verən qanlı hadisələrin sübutudür.
Bu gün dünya mətbuatında bir çox qəzet manşetləri Kurilonun başısarıqlı fotosundan istifadə edib.
“Frans-press” xəbər agentliyinə danışan Oleno Kurilo deyib:
"Mən maarifçiyəm. Müharibə haqqında şeirlər yazdıq, tarix kitablarından oxuduq, amma bizim torpaqda belə bir hadisənin baş verə biləcəyini heç düşünməzdik".
Evinin tamamilə dağıldığını bildirən 52 yaşlı qadın, "Evim darmadağın oldu. Bəxtim gətirdi ki, sağ qaldım. Sadəcə şokdayam, amma ağrı hiss etmədim" söyləyib.
Ukrayna üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayan müharibənin simvolu, "Bütün yaşadıqlarıma baxmayaraq, ayaqda durub ölkəmin yanında olacağam. Heç vaxt, heç bir zaman işğalçıya boyun əyməyəcəyəm. Putinə təslim olmaqdansa, ölmək yaxşıdır” deyib.