Ukrayna Ordusu bu gün səhər saat 09:00 radələrində Lvov regionunun Brodi şəhəri yaxınlığına enən Rusiya hava-desant qoşunlarının hücumunu dəf edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Lvov meri Andrey Sadovi “Facebook” hesabında məlumat paylaşıb.
Bildirilib ki, Ukrayna Ordusu ilə qarşılaşan Rusiya qüvvələri meşəlik əraziyə doğru geri çəkiliblər.
Üç helikopterlə əraziyə gəldiyi bildirilən Rusiya hava-desant qüvvələrinin 60 hərbçidən ibarət olduğu qeyd olunub.
Lvov meri vəziyyətin Ukrayna hərbçilərinin nəzarətində olduğunu qeyd edib.