Ukraynanın Odessa şəhərinin səmasında Rusiyaya məxsus hərbi təyyarə vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Milli Müqavimət Partiyasının ictimai qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Rusiyanın SU-30 təyyarəsini vurub.
Həmçinin “Pivden” Əməliyyat Komandanlığının məlumatına görə, məhz Ukrayna Silahlı Qüvvələri Odessa şəhərinin kənarında düşmən təyyarəsini vurub.