Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında danışıqlar təşkil etməyi təklif ediblər - Zelenski

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona Rusiya lideri Vladimir Putinlə münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif ediblər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu V.Zelenski videomüraciətində bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, fevralın 26-da o, bir sıra xarici dövlətlərin başçıları, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

"Onlar Rusiya ilə danışıqları təşkil etməyi təklif etdilər və bunu ancaq alqışlamaq olar", - deyə V.Zelenski bildirib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: