Rus ordusu Ukraynada neft anbarını vurub - VİDEO
Kiyev vilayətinin Vasilkov şəhərində yerləşən neft anbarı Rusiya ordusu tərəfindən vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç məlumat verib.
Onun sözlərinə görə, yanğın hazırda davam edir.
“Yanğından çıxan tüstü və zərərli maddələr istənilən istiqamətə gedə bilər, ona görə də vətəndaşlardan pəncərələri bağlamağa çağırırıq”, - Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidməti bildirib