BMT Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Quterreş telefon söhbəti zamanı ölkə əhalisinə humanitar yardımın göstərilməsini intensivləşdirməyə hazır olduğunu açıqlayıb.
Baş katib beynəlxalq humanitar hüquqa hörmətin və mülki şəxslərin müdafiəsinin vacibliyini qeyd edib.