Ukrayna və Rusiya arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.