Ukraynanın paytaxtı Kiyevin müdafiə komandiri, general-polkovnik Aleksandr Sirski şəhərdəki son vəziyyəti açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o bildirib ki, Rusiya qoşunlarının Kiyevin müdafiəsini yarmaq cəhdləri davam edir.
“Qarşı tərəfin bütün hərəkətləri nəzarət altındadır, vaxtında qərarlar qəbul edilib. Paytaxtda durum nəzarət altındadır. Rusiyanın bütün cəhdləri uğursuz olub, texnikaları məhv edilib. Rusiya ciddi itkilər verib, qoşunu demorilizə olunub. Biz göstərdik ki, evimizi çağırılmamış qonaqlardan müdafiə edə bilirik”, - general-polkovnik vurğulayıb.