Kiyev və Moskva arasında Ukraynada vəziyyətin nizamlanmasına dair danışıqlar başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mediasına istinadla xəbər verir ki, Belarusun Qomel vilayətində keçirilən danışıqlar beş saata yaxın davam edib. Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, tərəflər prioritet mövzuları müəyyənləşdirib, konkret qərarları qeyd ediblər.
Hazırda nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdırlar. Podolyak deyib ki, əgər danışıqların üçüncü raundu baş tutarsa, bugünkü mövzular inkişaf etdiriləcək.
Kiyev üçün görüşün əsas mövzusu atəşin dayandırılmasının müzakirəsi olub.