“Bayraktar” Rusiyanın 110-dan çox hərbi texnikasını məhv edib

A- A A+

Ukrayna “Bayraktar” TB-2 PUA vasitəsilə Rusiya ordusuna aid 110-dan çox hərbi texnikasını zərərsizləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, “Bayraktar” TB-2 PUA-larının dəqiq zərbələri ilə Lebedin (Sumı rayonu) yaxınlığında Rusiyanın 96 tankı, 20 “Qrad” qurğusu və 8 yanacaq daşıyan nəqliyyat vasitəsi məhv edilib.

“Bu, Rusiya ordusunun yanacaqdoldurma məntəqəsi idi. “Qrad” reaktiv atəş sisteminin mövqeləri də məhv edilib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: