Avropa İttifaqı Ukraynanın üzvlüklə bağlı müraciətinin nəzərdən keçirilməsi üzrə rəsmi prosedura başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi Vsevolod Çentsov özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı üzvlük müraciətini Avropa İttifaqı Şurasına sədrlik edən Fransanın daimi nümayəndəsi Filipp Leqliz-Kostaya təqdim edib. Diplomatın sözlərinə görə, ittifaqa üzvlük müraciəti qeydiyyatdan keçib və bu məsələ barədə müzakirə prosesinə start verilib.
Xatırladaq ki, fevralın 28-də Prezident Volodimir Zelenski hakimiyyətin xüsusi prosedur çərçivəsində Ukraynanın üzvlüyü barədə Avropa İttifaqına müraciət etdiyini bildirib. Həmin gün axşam saatlarında isə Ukrayna Prezidenti üzvlüklə bağlı sənədin artıq Brüsselə çatdırıldığını deyib.