Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər telefon söhbətində Ukraynadakı vəziyyəti müzakirə ediblər. Tərəflər, həmçinin Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.