Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.
Ukraynanın paytaxtı Kiyevdə teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb.
Bildirilib ki, yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.