“Üçüncü Dünya müharibəsi olsaydı, bu nüvə savaşı və dağıdıcı olacaqdı”.
NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
Qeyd edək ki, fevralın 26-da ABŞ-ın Prezidenti Cozef Bayden Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ “Üçüncü Dünya Müharibəsi”nin başlanğıcı ola biləcəyini bildirmişdi.