Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı məhdudiyyətlərin yumşaldılması barədə qərar verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca ictimaiyyətə açıqlamasında bildirib. Nazir qeyd edib ki, bundan sonra açıq havada maska taxmaq məcburi deyil. Həmçinin havalanması yaxşı olan, sosial məsafəyə əməl edilən qapalı məkanlarda maska taxılmaya bilər. HES kod (Həyat Evə Sığar elektron qeydiyyat sistemi) ləğv olunub.
Ali və orta məktəblərdə kütləvi karantin tədbirləri ləğv olunub. Virus aşkarlanan insanlar fərdi karantinə alınacaqlar.
Nazir məlumat verib ki, Türkiyənin yeni növ koronavirus infeksiyasına qarşı istehsal etdiyi TURKOVAC peyvəndinin gələn həftədən etibarən ailə həkimləri də daxil olmaqla ölkənin bütün sağlamlıq mərkəzlərində tətbiq olunması nəzərdə tutulur.