Rusiya Ukraynadakı müharibədə itkilərinin və yaralılarının sayını açıqlayıb

A- A A+

Rusiya Ukraynadakı müharibədə itkilərinin və yaralılarının sayını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, müharibə zamanı 498 rus hərbçinin həlak olduğu, 1 597 nəfərin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ukraynalılar arasında ölənlərin sayı 2 870 nəfərdən çoxdur, yaralıların sayı isə 3 700 nəfərə yaxındır.

"Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir", - xəbərdə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Popovo, Novqorovka, Novomixaylovka, Lyubimovka yaşayış məntəqələrini ələ keçirib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: