BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynada hərbi əməliyyatlarını pisləyən qətnamə qəbul edilib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 141 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb.
Qətnamədə Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparması pislənilir. Həmçinin Rusiyadan hərbi əməliyyatları təcili dayandırmaq tələb edilir.