Paşinyan müxalifətə əsəbiləşib: “Sanasar yox, Qubadlı” - VİDEO
“Mən tribunaya yaxınlaşmazdım. Amma siz israr edirsiniz ki, biz torpaqların 75%-ni düşmənə vermişik”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənərkən deyib.
O, “Ermənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının Sanasar olduğunu deməmələrini tələb edib.
“Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”, - Paşinyan bildirib.