SWIFT Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını ödəniş sistemindən ayırmağa qərar verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc edilib.
Məlumatda bildirilir ki, Rusiyanın yeddi bankı martın 12-də SWIFT-in ödəniş sistemindən təcrid olunacaq.
Brüssel zərurət yaranarsa, bu siyahıya yeni bankları əlavə etməyə hazır olduğunu bildirib.
SWIFT banklararası ödənişlərin köçürülməsi üçün beynəlxalq sistemdir.