Ukraynada atəşkəsin bərqərar olması Kiyev və Moskva arasında danışıqların əsas şərtidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Fransanın xarici işlər naziri Jan-İv Le Drian France 2 telekanalının efirində səsləndirib. “Atəşkəs bərqərar olmasa, əsl danışıqlara başlamaq mümkün deyil”, - deyə Jan-İv Le Drian bildirib.
Ukraynada böhranın aradan qaldırılması üzrə Fransanın vasitəçilik missiyasını qeyd edən nazir vəziyyətin ciddiliyinə baxmayaraq, RF ilə dialoq kanallarının açıq qalmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Qərb fövqəladə həmrəylik göstərib və tətbiq olunan sanksiyalar Rusiyanı daha çox təcrid edib. Lakin Ukraynada fəlakət hələ də bitmir.