Gürcüstanın Baş naziri Aİ-yə üzvlüklə bağlı rəsmi müraciəti imzalayıb

A- A A+

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu almaqla bağlı rəsmi müraciət imzalanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sənədi ölkənin Baş naziri İrakli Qaribaşvili imzalayıb.

O, ölkə vətəndaşlarına müraciətində bu günü Gürcüstan üçün tarixi gün adlandırıb.

İ.Qaribaşvili qeyd edib ki, müraciət Gürcüstanın Avropaya inteqrasiyası yolunda növbəti önəmli addımdır.

Xatırladaq ki, Gürcütan Aİ-yə üzv olmaq üçün müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı. Ukraynada baş verən hadisələr fonunda qonşu ölkə ötən gün müraciəti vaxtından tez təqdim etməklə bağlı qərar qəbul edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: