Zelenski Putinə çağırış edib: "Torpaqlarımızdan get!"

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, Ukrayna lideri mətbuat konfransı zamanı rusiyalı həmkarına müraciət edib.

"Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam, normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, terrorçu deyilik, bankları ələ keçirmirik. Başqalarının torpaqlarını da ələ keçirmirik", - Zelenski bildirib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: