Rusiya hərbçiləri Zaporojye AES-i ələ keçirməyə çalışır

A- A A+

Rusiya hərbçiləri Zaporojye atom elektrik stansiyasını ələ keçirməyə çalışır.

NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

"Ərazi üzrə nümayəndələr və yerli sakinlər Enerqodara gedən yolu bağlasalar da, iki tank şəhərə yaxınlaşıb. Onlar müdafiəni yarmağa cəhd edir”, - məlumatda deyilir.

Eyni zamanda Rusiya hərbçilərinin atıcı silahlardan xaotik şəkildə atəş açdığı deyilir.

"Həmçinin onlar stansiyaya gedən yola çıxmaq üçün mühəndis maneələrini sındırmağa çalışırlar", - polis bildirib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: