Türkiyə hərbi dəniz donanması milli istehsal gəmiləri ilə üzücü arsenalını genişləndirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Müdafiə Sənayesi İdarəsi sosial şəbəkə hesabından “TCG Anadolu” gəmisinin inşasının tamamlandığı barədə məlumat yayıb. Bildirilib ki, gəmi “Bayraktar TB3” silahlı pilotsuz aparatları (SİHA) ilə təchiz ediləcək. Paylaşımda yazılır ki, Türkiyənin təhlükəsizliyi üçün hədəfimiz müstəqil müdafiə sənayesi yaratmaqdır.