Pentaqon Suriyada fosfor bombalarından istifadə olunmasını təkzib edib

A- A A+

Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətinə fosfor bombalarından istifadə etməklə hava zərbələri endirdiyi barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatını təkzib edib.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın hərbi qurumunun nümayəndəsi Şon Robertson ağ fosforlu döyüş başlıqlarının istifadəsi ilə bağlı hazırda Pentaqonda informasiyanın olmadığını bildirib. Onun sözlərinə görə, Amerika ordusunun həmin rayonda dislokasiya olunan heç bir bölməsində bu növ silah mövcud deyil.

Bir qədər əvvəl, sentyabrın 9-da Rusiyanın Suriyada bir-biri ilə düşmənçilik edən tərəfləri barışdırma mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko ABŞ-a məxsus F-15 təyyarələrinin Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə fosfor bombaları atdığını bildirmişdi.

Qeyd edək ki, ağ fosforlu döyüş sursatlarının istifadəsi 1949-cu il Cenevrə konvensiyasının əlavə protokolu ilə qadağan olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: