Rusiya Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi əraziyə nəzarəti ələ keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.
Məlumata əsasən, döyüşlər nəticəsində AES-in yaxınlığındakı tədris-təlim kompleksində yanğın baş verib. Hazırda yanğın söndürülüb, ərazidə radiasiya fonu normaldır. Stansiyadakı enerji bloklarından biri dayandırılıb. Stansiyada ümumilikdə yeddi nüvə qurğusunun, altı enerji blokunun və nüvə anbarının yerləşdiyi bildirilir. Hadisə nəticəsində ölən və ya zərər çəkən olmayıb.
KİV-də yayılan xəbərlərə görə, Böyük Britaniyanın Baş naziri Boris Conson Zaporojye AES-dəki vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq niyyətindədir.