Daşıyıcı-raketin bir parçası Ayın görünməyən tərəfində yerləşən Hertzsprung kraterinə düşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Space.com portalına istinadla xəbər verir ki, bu, tarixdə kosmik zibilin Ayla toqquşduğu ilk hadisə olacaq.
Mütəxəssislər Ay səthinə məhz hansı raketin parçasının düşəcəyini hələlik müəyyən edə bilməyiblər. Bu, “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketinin ikinci pilləsi və ya Çin raketinin üçüncü pilləsi ola bilər. Raket parçasının Aya Bakı vaxtı ilə saat 16:25-də düşəcəyi gözlənilir.
Toqquşmanın Yerə və onun təbii peykinə heç bir təsirinin olmayacağı bildirilir.