Martın 4-də NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüssel şəhərində Alyansın baş qərargahında baş tutub.
NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən öncə açılış nitqində Ukraynada baş verən hadisələrin dayandırılmasının və problemin diplomatik səylərlə həll olunmasının önəmli olduğunu bildirib. O qeyd edib ki, NATO müdafiə Alyansıdır və Rusiya ilə münaqişəyə can atmır.