Rusiya ilə danışıqlar ağır keçəcək, amma davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.
“Danışıqlarda Rusiyanın mövqeyi sərtdir, amma Ukraynanın da mövqeyi sərtdir”, - o vurğulayıb.
Podolyak Rusiya tərəfinin tələblərinin məlum olması səbəbindən Ukrayna üçün danışıqların rahat getdiyini əlavə edib.
O, Qərb ölkələrinin Ukraynanın danışıqlar prosesindəki mövqeyini dəstəklədiklərini də qeyd edib.