Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Məlumata əsasən, danışıq əsnasında Rusiya-Ukrayna böhranı başda olmaqla, bölgədə baş verən son hadisələr, eləcə də Türkiyə ilə Birləşmiş Krallıq arasındakı münasibətlər müzakirə edilib.
Rusiya-Ukrayna böhranının tezliklə aradan qaldırılması və atəşkəsin təmin edilməsi istiqamətində səylərini davam etdirdiklərini ifadə edən Prezident Ərdoğan Türkiyənin terrorla mübarizədə NATO müttəfiqlərindən səmimi dəstək gözlədiyini bir daha vurğulayıb.