Rusiyada feysbuk sosial şəbəkəsi bağlanır

A- A A+

Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (Roskomnadzor) martın 4-də ölkə ərazisində feysbuk sosial şəbəkəsini bloklamaq barədə qərar verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qərarda 2020-ci ilin oktyabrından feysbukun Rusiya KİV-ə və informasiya resurslarına qarşı ayrı-seçkilik etdiyi bildirilir.

Son günlər sosial şəbəkə “Zvezda” telekanalı, “RİA Novosti”, “Sputnik” və “Russia Today” agentlikləri, “Lenta.ru”, “Qazeta.ru” informasiya resurslarının səhifələrinə məhdudiyyətlər qoyulub.

“Roskomnadzor” bu hərəkətlərin Rusiya federal qanunlarına zidd olduğunu qeyd edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: