Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.
Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən artıq hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.
"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.