Türkiyədə daha bir tarixi abidə - İmam Abdullah türbəsi Hasankeyf Yeni Mədəniyyət Parkına köçürülüb. Bundan əvvəl isə Artuklu Hamamı qeyd olunan parka daşınmışdı.
NUHÇIXAN xəbər verir ki, abidələrin köçürülməsində heç bir problem yaranmayıb. Hər iki abidənin yeri İlisu bəndinin tikintisi ilə əlaqədar dəyişdirilib.
Qeyd edək ki, Türkiyədə tarixi abidələrin təhlükəsizlik məqsədilə bütöv şəkildə köçürülməsinə ilk dəfə 2017-ci ildə Zeynal Bəy Türbəsinin yerinin dəyişdirilməsi ilə başlanılıb.