Ukraynanın Mariupol şəhərindən dinc sakinlərin çıxarılmasına başlanılır.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu məqsədlə humanitar “yaşıl” dəhliz təşkil olunub. Dinc əhalinin təxliyəsi bələdiyyə avtobusları ilə üç nöqtədən həyata keçiriləcək. Məlumata görə, sükut müddəti ərzində (yerli vaxtla saat 9:00-dan 16:00-dək) humanitar dəhliz marşrutu ilə şəxsi nəqliyyatda da getmək mümkün olacaq. Marşrutdan kənara çıxmaq qadağan edilir. Təxliyə bir neçə gün ərzində bir neçə mərhələdə aparılacaq.
Rusiya tərəfi martın 5-də Moskva vaxtı ilə səhər saat 10:00-dan etibarən Mariupol və Volnovaxidə sükut rejimi elan edib və mülki əhalinin çıxması üçün humanitar dəhlizlər açılıb. Humanitar dəhlizlər və çıxış marşrutları Ukrayna tərəfi ilə razılaşdırılıb.