Rusiya ilə danışıqların birinci raundunda Ukrayna nümayəndə heyətinin üzvü olmuş Deniks Kireyev öldürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi zn.ua-ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onu saxlamaq üçün xüsusi əməliyyat keçirib.
D.Kireyev saxlanılan zaman ölüb.
Hadisənin təfərrüatı məlum deyil.
Məlumata görə, D.Kireyev dövlətə xəyanətdə şübhəli bilinirmiş.
Qeyd edək ki, D.Kireyev 1977-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Maliyyə sektorunda çalışıb.