Ukraynanın hava məkanının uçuşa bağlı zona elan edilməsinə silahlı münaqişədə iştirak kimi baxılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkəsinin aviaşirkətlərinin qadın heyəti ilə görüşdə bildirib.
“Hazırda biz Ukrayna səmasının uçuşa bağlı zona elan olunması ilə bağlı fikirlər eşidirik. Bunu Ukraynadan deyil, yalnız qonşu dövlətlərin ərazilərindən etmək mümkündür. Bu istiqamətdə istənilən fəaliyyət tərəfimizdən hərbçilərimizə qarşı təhlükənin yaradılması cəhdi və həmin ölkənin silahlı münaqişədə iştirakı kimi qiymətləndiriləcək. Həmin andan etibarən biz buna onların münaqişədə iştirakı kimi baxacağıq. Onun hansı təşkilatın üzvü olmasının fərqi yoxdur”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-dan ölkəsinin hava məkanının uçuşa bağlı zona edilməsini istəmişdi. NATO rəsmi Kiyevin bu istəyini təmin etməyib.