"Təcili atəşkəs bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcək".
NUHÇIXAN İnformasiya Agentliyi "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti zamanı deyib.
Ərdoğan danışıqlar zamanı Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduqlarını bildirib.
“Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayan Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.
Ukrayna tərəfi və digər ölkələrlə daim təmasda olduğunu söyləyən Ərdoğan hərtərəfli danışıqlar aparmaq, nəticə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.