Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir. Martın 6-da daha 204 türkiyəli vətəninə yola salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter hesabında məlumat verib. Vətənə dönənlərə salamat yolçuluq arzulayan nazir yazıb ki, bununla təxliyə olunanların sayı 11 min 841 nəfərə çatıb.
Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.
Qeyd edək ki, təxliyə qatar və avtobuslarla aparılır.