Rusiya sükut rejimi və humanitar dəhlizin açıldığını elan edib

A- A A+

Rusiya Silahlı Qüvvələri yerli vaxtla saat 10:00-dan Ukraynanın Kiyev, Xarkov, Sum və Mariupol şəhərlərində sükut rejimi elan edərək humanitar dəhliz açıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ukraynada Humanitar Məsələlərin Tənzimlənməsi üzrə Dövlət Qurumları arası Koordinasiya Qərargahı məlumat yayıb.

“Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putindən şəxsi xahişi əsasında Kiyev, Xarkov, Sum, Mariupol şəhərlərində humanitar vəziyyətin fəlakət həddində olduğu nəzərə alınaraq Rusiya Silahlı Qüvvələri martın 7-də saat 10.00-dan sükut saatı və humanitar dəhlizin açılmasını elan edir”, - məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: