Türkiyədən ilkin humanitar yardım vasitələri aparan daha 5 yük avtomobili Ukraynaya çatıb.
NUHÇIXAN İnformasiya Agenrliyi xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı bildirib.
Nazir müavini yardım vasitələrinin artıq Ukrayna tərəfinə təhvil verildiyini deyib.
Vurğulanıb ki, bu həftə ərzində Türkiyənin özəl sektoru, qeyri-hökumət təşkilatları və bələdiyyələrinin dəstəyi, ölkənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəhbərliyi ilə daha 10 yük avtomobilinin Ukraynaya göndərilməsi planlaşdırılır.
Qeyd edilib ki, Türkiyə tərəfindən ölkənin Miqrasiya İdarəsi Müdirliyi nəzdində Böhran Koordinasiya Mərkəzinin nümayəndələri bölgədə 24 saat fəaliyyət göstərir. Rumıniya sərhədində isə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən Milli Tibbi Xilasetmə (UMKE) qrupunun on nəfərdən ibarət təcili yardım briqadası işə başlayıb.