Kiyevdə çörək zavodu atəşə tutulub, ölənlər var

A- A A+

Rusiya hərbçiləri Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında çörək zavodunu atəşə tutub.

NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib.

Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.

Hava hücumu zamanı zavodda 30 nəfər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: