Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı Səfirliyi məlumat verib. Belarusun Brest vilayətindəki “Belovejskaya Puşşa”da keçən danışıqlar 3 saata yaxın davam edib.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Prezidentin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak rəhbərlik ediblər.
Xatırladaq ki, danışıqların birinci mərhələsi fevralın 28-də, ikinci mərhələsi isə martın 3-də baş tutub.