Ukrayna Prezidenti Volodimir Zelenski canlı yayımla Böyük Britaniyanın parlamentində çıxış edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna lideri bildirib ki, Ukraynaya hərbi müdaxiləsi nəticəsində Rusiya ordusu 11 mindən çox hərbçisini itirib, onlardan biri də generaldır:
“Dinc sakinlərin ərzaq ehtiyaclarına çıxışı məhdudlaşdırılır. Nəticədə insanlar arasında təşviş yaranır. 13 gün boyunca susuz və ac qalan insanları düşünün. Ukraynada 50-dən çox uşaq həyatını itirib. Onlar gəlib uşaqlarımızı bizdən aldılar”.
Ukrayna Prezidenti bildirib ki, ölkəsi dünyanın ən böyük ordusuna qarşı mübarizə aparır:
“Biz raketlərlə və helikopterlərlə döyüşürük. 13-cü gün, 14-cü gün və 15-ci gün gəlincə bu davam edəcəkmi? Biz Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəcəyik”.
V. Zelenski Böyük Britaniyadan kömək istəyib: “Britaniyanın baş naziri Boris Consona təşəkkür edirəm. Sizdən xahiş edirəm, təzyiqinizi artırın. Rusiyanı terrorçu ölkə kimi tanıyın”.