Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi "İnterfaks"a istinadən xəbər verir ki, fərmanda Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş siyahılara uyğun olaraq məhsulların və ya xammalın Rusiyadan ixracına və ya idxalına qadağa və müvafiq məhdudiyyətlər barədə bildirilir.
Sənəd, həmçinin Rusiya Federasiyası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şəxsi istifadə üçün məhsulların və ya xammalın Rusiyadan ixracı və idxalı üçün istisnalar müəyyən edir.
Rusiya Federasiyası Hökuməti bu tədbirlərin tətbiqi üçün nəzərdə tutulan xarici dövlətlərin siyahısını 2 gün ərzində müəyyən etməlidir.