Türkiyənin silahlı pilotsuz uçuş aparatlar (SİHA) istehsalçısı “Baykar” texnologiya şirkətinin rəhbəri Səlcuq Bayraktar "“Bayraktar TB3” silahlı pilotsuz uçuş aparatları və MİUS pilotsuz döyüş uçan aparatları sistemi müharibə tarixində inqilab edəcək” dedi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gəbzə Texniki Universitetində tələbələrlə görüşündə S.Bayraqdar Türkiyənin silahlı pilotsuz uçan aparatlarından danışarkən “Bayraktar”ın Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqların təmizlənməsində əməliyyatın dönüş nöqtəsi olduğunu vurğulayıb.
İddialı yeni layihələrdən bəhs edərkən Səlcuq Bayraqdar deyib: "Bayraktar flaqman TB2 SİHA-larımız eskadrilyalarda uçaraq müharibə tarixində paradiqma dəyişikliyinə səbəb olduğu kimi, “Bayraktar TB3” və MİUS da istehsala gedincə inqilab edəcək.
“Bayraktar TB3” silahlı pilotsuz uçan aparatları ən kiçik müdaxilə olmadan gəmidən gəmiyə enmə və qalxma qabiliyyətləri ilə köçürülür.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi 2023-cü ildə səmalarda olacaq.
“Baykar” hazırda dünyanın çox ölkəsinə pilotsuz uçan aparat ixrac edən şirkətdir. Deyə bilərəm ki, Türkiyə bu sahədə dünyada ilk 3-lükdədir. 19 ölkə ilə ixrac müqavilələri imzalanıb. SİHA-ların çoxu artıq ixrac olunub".