Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar:
“Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər".
Qeyd edək ki, fevralın 27-də Ukrayna prezidenti Volodimir Zelenski ölkədə xarici ərazi müdafiə legionunun yaradıldığını elan edib. Ardınca isə hərbi əməliyyatlarda iştirak etmək üçün xaricdən ölkəyə gələnlər üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.